Petrov:“Finala yüksəlmək üçün bütün gücümüzü səfərbər edəcəyik” - AÇIQLAMA + VİDEO

22:09 10 Aprel 2018

“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacağı "Qəbələ” ilə matçın hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, komanda bu gün İsmət Qayıbov adına bazada məşq keçib. Müdafiəçi Kirilo Petrov klub televiziyasına açıqlamasında "Qəbələ” ilə oyuna hazırlığı dəyərləndirib:

 

“Kubok başqa bir turnirdi. Finala yüksəlmək üçün bütün gücümüzü səfərbər edəcəyik. Qələbəyə köklənmişik. Digər çempionatlarda bütün mövsümü 3 gündən bir oyun keçirir. Biz isə mövsümboyu ilk dəfədi bu cür qrafiklə üzləşirik. Kubok matçından sonra Zirədə süni meydançada oynayıb, yenidən təbii otda çıxış etmək problem yarada bilər. Bununla belə, fiziki baxımdan da hazırıq və tələb olunan oyunu göstərə bilərik. Azarkeşlərdən ilk və cavab matçında əvvəldən axıra kimi bizi dəstəkləmələrini istəyirəm. Həm də, təkcə kubok oyunlarında yox, çempionatın sonunadək bütün qarşılaşmalarda. Qarşıda hər qələbəsi 6 xala bərabər olan görüşlər olacaq. Buna görə də onların dəstəyi bizim üçün çox vacibdi. İstərdim ki, hər oyuna gəlib azarkeşlik etsinlər”.


Xəbər xətti