Millimizin rəqibi Ermənistanla qarşılaşacaq

11:29 11 Aprel 2018

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqiblərindən Malta millisi yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.

 

Sportarena.az xəbər verir ki, ada ölkəsi təmsilçisi Ermənistan, Gürcüstan və Moldova yığmaları ilə üz-üzə gələcək. Malta seçməsi mayın 29-da ermənilərlə, iyunun 1-də gürcülərlə, iyunun 4-də isə moldovalılarla üz-üzə gələcək. Hər 3 görüş yığmanın Avstriya toplanışı çərçivəsində keçiriləcək. Məlumatı yerli futbol federasiyasının saytı yayıb.

 

Xatırladaq ki, yığmamız Malta millisi ilə sentyabrın 10-da səfərdə, oktyabrın 14-də isə evdə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti