"Beşiktaş"ın prezidenti Bakıya gəlir - Tarix məlumdur

16:22 11 Aprel 2018

“Azərbaycan Beşiktaşlılar Dərnəyi” və “1903 Qara Qartallar Dərnəyi”nin təşkilatçılığı ilə Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman Azərbaycana gələcək.

 

Sportarena.az xəbər verir ki, prezident “Beşiktaş” futbol komandasının Azərbaycandakı azarkeşləri ilə görüşəcək. Tədbirdə idman dünyasının tanınmış simalarının, millət vəkilləri Qənirə Paşayeva, Adil Əliyev və digər rəsmilərin iştirak edəcəyi gözlənilir.

 

“Azerbeycanlı Beşiktaşlılarla Buluşma Etkinliği” adı altında keçiriləcək tədbir 21 aprel saat 13:30-da, Bakı Tennis Akademiyasında baş tutacaq.

 

Mərasimə giriş üçün tətrtib edilən biletlər pulsuzdur. Biletləri əldə etmək üçün “Azərbaycan Beşiktaşlılar Dərnəyi”nin ofisinə şəxsiyyət vəsiqəsilə yaxınlaşmaq kifayətdir.


Digər xəbərlər

Xəbər xətti