Futbolçumuz oynadı, "Qarabağ" qalib gəldi

22:16 11 Aprel 2018

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 20-ci turdan təxirə salınmış oyunlar keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “ASK-BSC Bruck/Leitha” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.

 

Futbolçularımıza gəlincə, Emillə Dmitri bu görüşün iştirakçısı olmayıb. Elvin isə start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Qarabağ” hazırda 34 xalla 17 komanda arasında 7-ci pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti