Araz oynadı, komandası kubokda mübarizəni dayandırdı

11:08 12 Aprel 2018

Kipr kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" səfərdə "Apollon"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşan “Anortosis” mübarizəni dayandırıb.

 

Araz meydana start heyətində çıxıb və 84-cü dəqiqədə əvəzlənib. O, bu görüşdə sarı vərəqə ilə də cəzalanıb.


Digər xəbərlər

Xəbər xətti