Azarkeşləri "Kəpəz"i ziyana saldı

14:38 12 Aprel 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib:

 

Topaz Premyer Liqasının 22-ci turunun “Kəpəz” - “Keşlə”matçında “Keşlə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyunun 26-cı dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti