Yuri Maksimov: "Heç klub prezidenti özü necə olacağını bilmir"

Sportarena.az      12 Aprel 2018, 20:31

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda evdə “Sumqayıt”ı 1:0 hesabıyla məğlub edən “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- Bu gün qalib gəlmək istəyirdik. Çünki son oyunlarda qalib gələ bilmirdik. Rəqib isə yaxşı formada idi. Bu cəhətdən qalib gəlməyimiz yaxşı oldu. Son dəqiqədə qol vurmağı bacardıq. Bəzi oyunçuların klubla müqavilə müddəti bitmək üzrədi. Onları oyuna kökləmək çətin idi. Ancaq qalib gəlməyi bacardıq. Futbolçularımı təbrik edirəm.

- Bu qələbə ilə düşünmürsüz ki, rəqibi bir az da qıcıqlandırmış olduz?
- Azarkeşlərimiz qarşısında oynayırdıq, buna görə, qalib gəlmək istəyirdik. Rəqibin yaxşı formada olması, bu istəyimizi dəyişə bilməzdi.

- Həmişə məğlub olduqdan sonra kefsiz olurduz. Bu gün qalib gəldiz, lakin yenə kefsiz görünürsüz...
- Çünki hələ heç nə həll olunmayıb. Qarşıda cavab oyunu var.

 

- İkinci hissədə komanda bir qədər ehtiyatlı oynayırdı. Bu, nəyə görə idi rəqib yaxşı oynadı yoxsa...
- 90 dəqiqə pressinq etmək asan deyil. Bu cəhətdən uşaqlara minnətdaram. Bir az da ustalıq səviyyəsi var. Bu da, müəyyən rol oynayırdı.

 

- “Keşlə”nin avrokuboklara vəsiqə üçün son şansı kubokdu. Bu rəqiblə həftə sonu çempionatda da oyununuz var. Çempionatda heç bir şansınızın qalmadığını nəzərə alsaq, bu oyuna ciddi yanaşmaya bilərsiz?
- Rəqibin hər iki cəbhədə şansı var. Bizim isə yalnız kubokda şansımız davam edir. Təbii ki, çempionatda da yaxşı oynamağa çalışacağıq. Bəzi problemlərimiz var. Slavik və Denis bu gün zədə aldı. Ola bilsin, bəzi oyunçulara istirahət şansı verdim. Futbolçuların da bəzilərinin müqavilə müddəti bitir. Bəzi futbolçuların 1 aylıq müqaviləsi qalıb. Buna görə, onları oyuna kökləmək bir qədər çətin olur. Futbolçular gələcəklərini düşünürlər. Onlar zədələnmək istəmirlər.

 

- Oyunçuları dediz. Lakin sizin də klubla müqavilə müddətiniz bitir...
- Komanda qalacaq. Ancaq büdcə necə olacaq, bəlli deyil. Bunun üçün bizə qələbə lazımdı.

 

- “Qarabağ”la oyundan sonra klub rəhbərliyinin sizi aldatdığını demişdiz. Getmək istədiyiniz deyilir. Komanda hətta avrokubokara vəsiqə qazansa da, gedəcəksiz?
- Bəli. Pul problemi var. Heç klub prezidenti özü necə olacağını bilmir. Bilirsiz, indiki məqamda hətta qadın da öz həyat yoldaşı ilə pulsuz yaxınlıq etmir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin