Tərlan Əhmədov: "Onların sayəsində daha da aqressiv futbol oynamağa başlayırıq"

Sportarena.az      13 Aprel 2018, 01:47

"Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunda yarımfinalfinal mərhələsinin "Qəbələ” ilə ilk oyunundan sonrakı mətbuat konfransında fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:

 

"Kubok matçı həmişə ağır olub, bu gün də ağır keçəcəyini bilirdik. Bu oyuna çox yaxşı köklənmişdik, çalışırdıq ki, məsələni ilk görüşdəcə həll edək. Komandamız gözəl oyun nümayiş etdirdi, yüksək temp göstərdi, hücum futbolu oynadı və qalib gəldi. Futbolçulara təşəkkür edirəm. Azarkeşlərimizə də minnətdaram ki, uzun məsafə qət edib komandaya dəstək olmaq üçün gəliblər. Onların sayəsində daha da aqressiv futbol oynamağa başlayırıq. Amma qarşıda cavab matçı var. Bundan əlavə, aprelin 15-də bizi "Zirə” ilə süni örtüklü meydanda çox ağır qarşılaşma gözləyir. Çünki təbii ot örtüyündən süni ot örtüyünə keçid problem yaradır. Çalışacağıq, "Zirə” ilə oyuna bacardığımız qədər yaxşı köklənib, iki cəbhədə də mübarizəmizi davam etdirək”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin