ÇL-də 1/2 finalın püşkü atıldı - YENİLƏNİB

15:15 13 Aprel 2018

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatması keçirilib.

 

Sportarena.az xəbər verir ki, yarımfinalın iştirakçıları - “Liverpul” (İngiltərə), “Real” (İspaniya), “Roma” (İtaliya) və “Bavariya” (Almaniya) finala gedən yolda rəqiblərini tanıyıblar.

 

Yarımfinal mərhələsinin ilk oyunları aprelin 24-25-də, cavab qarşılaşmaları isə mayın 1-2-də keçiriləcək. Çempionlar Liqasının cari mövsümünün final matçı mayın 26-da Ukraynanın paytaxtı Kiyevin “Olimpiyski” stadionunda baş tutacaq.

 

Çempionlar Liqası, 1/2 final

Bavariya (Almaniya) - Real (İspaniya)

Liverpul (İngiltərə) - Roma (İtaliya)


Xəbər xətti