Qurban Qurbanov - 46

11:16 13 Aprel 2018

Bu gün Azərbaycan futbol tarixinin əsas simalarından olan, həm futbolçu, həm də məşqçi kimi özünü sübut etməyi bacarmış Qurban Qurbanovun doğum günüdü.

Sportarena.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisinin 46 yaşı tamam olur. Qurban Qurbanov 1972-ci ilin bu günündə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Üç dəfə Azərbaycan Kubokunun, iki dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub. 1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir.

 

2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" Ağdam klubunun baş məşqçisidir. "Qarabağ" klubu ilə üç dəfə Azərbaycan Kubokunun qalibi olub, üç dəfə də Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib. 

"Qarabağ"la ardıcıl 4 ildi ki, çempion olan Qurban Qurbanov hər dəfəsində də komandasını Avropa Liqasının qrup mərhələsinə çıxarmağı bacarıb. Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynamaqla yeni tarix yazan "Qarabağ" ardıcıl 5-ci dəfə çempion olmağa çox yaxındı.

Hazırda Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin də üzvüdür. Ötəin ilin noyabrın 3-də isə İcraiyyə Komitəsinin iclasında Milli Komandanın baş məşqçisi postu da azı 6 il müddətinə Qurban Qurbanova tapşırılıdı. Millimiz onun rəhbərliyi altında üç yoxlama oyunu keçirib.


Xəbər xətti