Azərbaycan kubokunda cavab oyunlarının vaxtı məlum oldu

17:36 13 Aprel 2018

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının cədvəli müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "Sumqayıt" - "Keşlə" oyunu daha tez - saat 17:00-da başlayacaq. "Neftçi" - "Qəbələ" qarşılaşması isə saat 20:00-da start götürəcək. 

 

Azərbaycan kuboku: 1/2 final, cavab oyunları

18 aprel

Sumqayıt - Keşlə
Sumqayıt. Şəhər stadionu, 17:00

 

Neftçi - Qəbələ
Bakı. 8-ci km stadionu, 20:00


Xəbər xətti