Fransa klubları bunu 18 il sonra bacardı

18:46 13 Aprel 2018

Avropa Liqasının 1/4 final mərhələsində "Leyptsiq"lə qarşılaşan "Marsel" ilk oyunda 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Evdə Bundesliqa təmsilçisini 5:2 məğlub edən "provanslar" turnirdə yarımfinala vəsiqə qazanıb.

 

Sportaren.az xəbər verir ki, son 18 ildə ilk dəfə fransız klubları ardıcıl 2 mvsüm Avrokubokların yarımfinalına çıxıb. Ötənm mövsüm buna "Lion" nail olmuşdu. 1/4 finalda "Beşiktaş"ı mübarizədən kənarlaşdıran klub finalın bir addımlığında "Ayaks"a uduzmuşdu - 1:4, 1:3.

 

1998/99 mövsümündə "Marsel" UEFA Kubokunun finalında "Parma"ya 0:3 uduzmuşdu. Növbəti il "Lans" turnirin yarımfinalında "Arsenal"a məğlub olaraq (0:1, 1:2) mübarizəni dayandırmışdı.


Digər xəbərlər

Xəbər xətti