"Neftçi" və "Yasamal" qalib gəldi

10:24 14 Aprel 2018

Bu gün futzal üzrə Yüksək Liqada 24-cü turun iki oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun açılış oyununda turnir cədvəlinin qonşu pillələrində yer alan və aktivində eyni sayda xal olan komandalar – “İtaldizain Futsal” və “Neftçi” qarşılaşıb. Matçın ilk yarısında sükut pozulmayıb. Gərgin keçən oyunda “Neftçi” qalib gəlib. Bu, “Neftçi”nin cari mövsümdə debutant üzrəində ilk qələbəsidi. Belə ki, 1-ci dövrədəki oyunda “İtaldizain Futsal” 5:2 hesabı ilə qalib gəlib, ikinci dövrədəki matçda isə tərəflər 3:3 hesablı heç-heçəyə razılaşıb. Qış fasiləsindən sonrakı ilk duel isə təxirə salınıb.

 

Günün ikinci oyununda da “qonşu”lar üz-üzə gəlib. “Yasamal” çempionatın aşkar autsayderi “Xəmsə” ilə görüşdə sensasiyaya imkan verməyib.

 

Yüksək Liqa, 24-cü tur
13 aprel

FK İD Futsal – Neftçi İK 2:3
Qol: E.İbrahimxəlilov, 26:50, 37:40 - M.Katebi, 29:33. V.Xocayev, 33:54. R.Balakişiyev, 37:45.

 

Yasamal FK – Xəmsə 4:3
Qol: M.Cahandost, 22:21. O.Oraz, 34:06, 39:52. S.Cavid, 35:41 - R.Cəlilov, 15:57. T.İsmayılzadə, 21:01. Ə.Həsənov, 36:57.


Xəbər xətti