"Traktorsazi" yenə uduzdu

10:41 14 Aprel 2018

İran çempionatında 28-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu səfərdə “Sepidrood Rəşt”lə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

 

“Traktorsazi” bu məğlubiyyətlə qələbəsiz oyunlar seriyasını 5 oyuna çatdırıb. Təbriz təmsilçisi bu oyunların 2-də heç-heçə edib, 3-də uduzub. Ərtuğrul Sağlamın yetirmələri son qələbəsini fevralın 7-də “Göstəriş”lə oyunda qazanıb (2:1).

 

28 oyundan sonra hesabında 30 xal olan “al qurdlar” 16 komanda arasında 10-cu sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti