U-15 Liqası: Mərkəzi oyun "Neftçi Baza"da

10:59 14 Aprel 2018

gün və sabah “Boulevard U-15 Liqası"nda 25-ci turun oyunları keçiriləcək. Nəzərdə tutulan 7 qarşılaşmadan 6-ı ilk oyunun gününə təyin olunub. Yalnız 1 oyun – «Turan» – İsgəndər Cavadov BFA matçı bazar günü baş tutacaq.

 

Bu turda diqqətlər daha çox iki oyuna üönələcək. Şübhəsiz, turun ən maraqlı matçı «Neftçi Baza»da baş tutacaq. 2-ci pillənin sahibi, çempionluğa iddialı «Vətən» bürünc medalı hədəfləyən «Keşlə»ni qəbul edəcək. Bu oyundan 2 saat sonra başlayacaq «Qarabağ» - «Neftçi» qarşılaşmasının da kifayət qədər maraqlı keçəcəyi gözlənilir. Çünki bu iki komanda da 3-cü yer uğrunda mübarizə aparır və məğlub olan tərəf medal şansını demək olar ki, itirəcək.

 

25-ci tur

14 aprel (şənbə)

13:00 «Vətən» - «Keşlə»

(«Neftçi Baza»)

 

14:00 «Səbail» - «Kəpəz»

(«Bayıl Arena»)

 

14:00 «Sumqayıt» - «Zirə»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

 

14:00 «Qəbələ» - «Neftçi» İK İB

(Qəbələ şəhər stadionu)

 

15:00 «Qarabağ» - «Neftçi»

(«Sərhədçi» OİK-nin meydanı)

 

16:00 «Viləş» - İOEUGİM

(Masallı şəhəri, A.Banişevski adına stadion)

 

15 aprel (bazar)

16:00 «Turan» - İsgəndər Cavadov BFA

(Tovuz şəhər stadionu)

 

Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Mirzəbəy Şaxbazov («Zirə»), Rəvan Əkbərov («Neftçi» İK İB), Orxan Rüstəmov («Kəpəz»).

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 26 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 25 qol.

 

«Het-trik news» qəzetinin layihəsi


Digər xəbərlər

Xəbər xətti