Millimiz sabah sonuncu oyununa çıxacaq

Sportarena.az      14 Aprel 2018, 12:40

Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən U-17 millimiz dünən növbəti oyununu keçirib. Xorvatiya yığması ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub. Turnirin reqlamentinə əsasənb məşqçi Ramin Quliyev bu oyunda da bütün futbolçuların xidmətindən yararlanıb. Komandamız Xorvatiya ilə oyuna aşağıdakı heyətlə çıxıb: Vüsal Şabanov (qapıçı), Abubakar İbrahimov, Nemət Musayev, Musa Qurbanlı (kapitan), Veysəl Rzayev, Valeh Qəhrəmanlı, İbrahim Novruzov, Samir Məhərrəmli, Samir Abdullayev, Rüfət Əhmədov, Nemət Şıxəmirov. Yığmamızdan Nika Baçaliaşvili, Emil Bayramov, Fərid Yusifli, Cəlal Cəbrayılov, Eldar Quliyev, Tuqay Əlizadə, Cavidan Abbaszadə, Fərid Muxtarov və digər qapıçımız Məhəmməd Əhmədov oyuna sonradan qoşulublar.

 

Maraq üçün qeyd edək ki, turnirdə bir çox yeniliklər var. Məsələn, adı protokola salınan bütün futbolçular oyunlarda iştirak etməlidirlər. Yaxud, oyun heç-heçə başa çatarsa, qalibi müəyyən etmək üçün penaltilər seriyasına müraciət edilir və burada üstün olan tərəf 2, məğlub olan tərəf isə 1 xal qazanır.

 

2 turdan sonra aktivində 5 xal olan Makedoniya və Xorvatiya yığmaları liderdilər. Bosniya və Hersoqovinanın 2 xalı var. Xorvatiya ilə 1:1, Makedoniya ilə isə 0:0 oynayan meydan sahibləri hər iki rəqibinə penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olub. Təəssüf ki, baxımlı oyun sərgiləməsinə rəğmən yığmamız xalsızdır.

 

Xatırladaq ki, Makedoniya ilə ilk oyunda komandamız 0:2 hesabı ilə məğlub olmuşdu. Sabah U-17 millimiz sonuncu oyununa çıxıcıq. Rəqib meydan sahibləri olacaq. Komandamızın sonuncu yerdən qurtulması üçün bu oyunda qalib gəlməsi mütləqdir.

 

«Het-trik news» qəzetinin layihəsi

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin