Nazarov məğlubiyyətə üzüldü

23:49 14 Aprel 2018

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Arminiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.

 

“Ersgebirge” geridə qalan turlarda topladığı 39 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.


Xəbər xətti