"Barselona" Valverde ilə yolları ayırır?

10:42 15 Aprel 2018

“Barselona” nın baş məşqçisi Ernesto Valverde mövsümün sonunda qovula bilər.

 

Sportarena.az xəbər verir ki, “Barsa”nın Çempionlar Liqasında mübarizəni dayandırması klub rəhbərliyini bu barədə düşünməyə vadar edib. Çünki mövsümün əvvəlində “Barsa”nın əsas hədəfi ÇL-də qələbə olub.

 

Məlumata görə, Valverdenin oyun fəlsəfəsi də rəhbərliyi qane etmir. “Barselona” İspaniya kubokunu qazansa, çempionatda qalib gəlsə belə, mövsümün sonunda baş məşqçi ilə yolların ayrılması ehtimalının böyük olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti