"Neftçi" "Zirə"ni darmadağın etdi, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB

20:55 15 Aprel 2018

Topaz Premyer Liqasında 23-cü turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 3 görüş keçiriləcək. Günün ilk matçında "Qəbələ" "Səbail"i qəbul edəcək. Günün digər oyununda isə tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmaq istəyən "Sumqayıt" doğma meydanda "Keşlə"ni sınağa çəkəcək. Turun son oyunu Zirədə baş tutacaq. Qış fasiləsindən sonra "qara zolağ"a düşən "Zirə" əvvəlki günlərini qaytarmaq üçün çalışan "Neftçi" ilə üz-üzə gələcək. İki komandadan bir məğlub olarsa, avrokubok mübarizəsində ciddi zərbə almış olacaq.

 

Dünən bir oyun keçirilib. "Qarabağ" səfərdə "Kəpəz"i məğlub edib - 1:0.

 

Topaz Premyer Liqası, 23-cü tur

15 aprel

17:00 Qəbələ - Səbail 1:1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ. Şəhər stadionu

 

18:00 Sumqayıt - Keşlə 2:1

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt. Şəhər stadionu

 

19:00 Zirə - Neftçi 0:3

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Zirə. İdman Kompleksinin stadionu

 

14 aprel

Kəpəz - Qarabağ 0:1

Qol: Ramil Şeydayev, 23.


Xəbər xətti