Neymar meydanlara geri dönəcəyi vaxtı açıqladı

14:26 15 Aprel 2018

Fevral ayında PSJ-nin "Marsel"ə qarşı Fransa çempionatında keçirdiyi oyununda zədələnən Neymar meydanlara geri qayıdacağı vaxtı açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Paris klubunun heyətində Çempionlar Liqasında "Real"la oyunlarında iştirak edə bilməyən Neymar 14 iyulda başlayacaq dünya çempionatında çıxış edəcəyini bildirib. Zədəsi haqda danışan Neymar vəziyyətinin düzəldiyini, bir ay sonra daha da yaxşı olacağını söyləyib.

 

Qeyd edək ki, ötən yay "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olan 26 yaşlı brazilyalı oyunçu bu mövsüm 30 matçda 29 qol vurub və 19 assist edib.


Digər xəbərlər

Xəbər xətti