Futbol oyunu zamanı azarkeşlər arasında qarşıdurma

Sportarena.az      15 Aprel 2018, 15:08

Rumıniyanın paytaxtı Buxarestdə "Styaua" və "Rapid" komandaları arasında keçirilmiş futbol matçında iğtişaş baş verib.

 

Sportarena.az azarkeşlərin qarşıdurması nəticəsində onlarla insan saxlanılıb. Onların cərimələnəcəkləri və məsuliyyətə cəlb olunacaqları bildirilir. Toqquşma hər iki komanda azarkeşlərinin olduğu tribunada başlayıb. Bu zaman meydana yandırıcı maddələr və oturacaqlar atılıb. Baş hakim görüşü bir neçə dəfə dayandırıb. Polis isə gözyaşardıcı qazdan istifadə edib. Həmin zonadan uşaqlar və qadınlar təxliyyə edilib, bir çox azarkeş stadionu tərk edərək, evlərinə yollanıb.

 

Görüş "Rapid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra fanatlar meydana girmək istəsələr də, polis gözyaşardıcı qazla onların qarşısını kəsə bilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin