İqnasio Errera: "İndi bilirik ki, səhv etmək hüququmuz yoxdu"

10:17 16 Aprel 2018

Topaz Premyer Liqasının 23-cü turunda səfərdə "Zirə"yə 3:0 hesabıyla qalib gəldikləri səfər matçından sonra "Neftçi"nin legioneri İqnasio Herrera jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Bilirdik ki, çətin qarşılaşma olacaq Xüsusilə də meydan amilini vurğulayardım. Bu komandanı Premyer Liqada məğlub edə bilmirdik. Çox sevinirəm ki, bu tilsimi qıra bildik.

 

- "Zirə"yə çempionatda ilk dəfə qalib gəlməyi 6 xallıq matçda qələbə adlandırmaq olar?

- Əlbəttə, "Zirə" əsas rəqibimizdi. Artıq xal fərqini minimuma endirmişik. Bu oyunu unudub növbəti matçlara hazırlaşmalıyıq.

 

- “Zirə” sindromunu qırmaq sənin üçün nə deməkdi?

- Qələbənin həzzini çıxarmaq istəyirik. Buna baxmayaraq, heç nə bitməyib. "Zirı"dən 1 xal geriyik. Növbəti oyunlara köklənməliyik.

 

- Atan oyununu stadiondan izləyəndə daha motivasiyalı olursan. Bu gün də qol vurmağa müvəffəq oldun....

- Atam 14 min km məsafəni qət edərək Çilidən yanıma gəlib. Buna sevinirəm. İki gündən bir oyuna çıxdığımıza görə atamı tez-tez görə bilmirəm. Şadam ki, bu oyunda qalib gəldik və atam da bizim qələbəyə şahidlik etdi.

 

- O, matç zamanı sənə nəsə işarələr göstərirdi…

- Başqarından fərqli olaraq, atam komandaya bağlı adamdı. Hər bir futbolçumuzu tanıyır, bizi dəstəkləyir. Oyun zamanı motivasiya üçün belə edir.

 

- Qarşıda “Qəbələ” ilə kubok matçı var. Bu oyundan sonra komandada yorğunluq var. Baş məşqçi cavab qarşılaşmasında sürpriz heyət çıxara bilər?

- Asan oyun olmaycaq. "Qəbələ" bizə qarşı mövsümün ən vacib matçına çıxacaq. Oyuna qalib gəlmək üçün çıxacağıq.

 

- İndiki “Neftçi” mövsümün əvvəlindəki kimi olsaydı, komanda çempionatda hansı yerdə olardı?

- Komandada rəqabət çoxalıb. Əvvəl belə deyildi. Mövsümə pis başladıq, lazımsız xallar itirdik. İndi bilirik ki, səhv etmək hüququmuz yoxdu. Ötən oyunla bu matçı müqayisə etsək, görərik ki, baş məşqçi heyətdə dəyişikliklər etmişdi. Buna baxmayaraq, qələbə qazandıq. Bu, onu göstərir ki, komandada rəqabət, birlik var.

 

- Bu tempdə sona qədər davam edə biləcəksiz?

- İnşallah. Çox əziyyət çəkmişik. Təlim-məşq toplanışlarında çalışdıq. Əziyyətimizin bəhrəsini görmək istəyirik.


Xəbər xətti