Emin Mahmudov: "Fikrimcə, rəqib futbolçunun qovulması işimizə daha çox yaradı"

11:16 16 Aprel 2018

“Neftçi”nin futbolçusu Emin Mahmudov Topaz Premyer Liqasının 23-cü turunda “Zirə”yə qalib gəldikləri (3:0) oyundan sonra təşkil olunan brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Matç barədə fikirlərin...
- Olduqca çətin oyun oldu. Matçın əvvəlində hesabı açdıq və daha sonra geridən oynamağa başladıq. Adətən fərqli çıxış edirik, pasla daha çox oynayırıq və nəticədə uduzuruq. Bu gün isə başqa cür oynadıq. Xoşbəxtəm ki, 3 xal qazandıq.

 

- Səncə, hansı amil oyuna daha çox təsir etdi: rəqib fubolçunun qovulması, yoxsa baş məşqçinin texniki zonadan uzaqlaşdırılması?
- Təbii ki, qırmızı vərəqədən sonra oynamaq daha asan oldu. Çünki azlıqda qalan “Zirə”də boşluqlar artdı. Amma deməzdim ki, məşqçinin kənarlaşdırılması oyuna hər hansı təsir göstərdi. Fikrimcə, rəqib futbolçunun qovulması işimizə daha çox yaradı. Bundan sonra topu yaxşı saxladıq. Daha çox qol vura bilərdik.

 

- İki gün sonra “Qəbələ” ilə kubokun cavab oyununa çıxacaqsız. Yorğunluq sizə mane olmayacaq ki?
- Rotasiya üçün yaxşı heyətimiz var. Buna görə də, deməzdim ki, bugünkü yorğunluq  növbəti oyuna təsir göstərəcək. Əminəm ki, tezliklə bərpa olunacaq və final uğrunda “döyüşəcəyik”.

 

- İki cəbhədə oynamaq “Neftçi”yə çətinlik yaratmır ki?
- Xeyr, bu, bizə çətinlik yaratmır. Çünki “Neftçi”nin yalınız bir əsas heyəti yoxdu. Kifayət qədər çox və keyfiyyətli oyunçularımız var. Soni Mustivarın gəlməsi də rotasiya imkanlarını artırıb. Kubokda maksimum 2 oyunumuz qalıb. Məncə, hazırkı heyət bu məqsədlər üçün kifayətdi.


Xəbər xətti