U-15 Liqası: "Keşlə" üçün düşərli tur

Sportarena.az      16 Aprel 2018, 11:40

Həftəsonu “Boulevard U-15 Liqası"nda 25-ci turun oyunları keçirildi. 6 oyun şənbə günü baş tutdu. Özü də necə oyunlar…

Turun mərkəzi oyunu «Neftçi Baza»da keçirildi. Çempionluğa iddialı «Vətən» bürünc medalı hədəfləyən «Keşlə»ni qəbul etdi. Bu oyun başa çatandan dərhal sonra «Sərhədçi» OİK-nin stadionunda 3-cü yer uğrunda mübarizə aparan daha iki komanda meydana çıxdı. Eyni vaxtda Bayılda keçirilən «Səbail» - «Kəpəz» oyunu da əvvəl adı çəkilənlərdən heç də maraqsız olmadı. Üstəlik, Qəbələdə sensasiya qeydə alındı. Qısası, U-15 Liqasında 25-ci tur cari mövsümün ən maraqlı turlarından biri kimi yadda qaldı.

«Vətən» - «Keşlə» 0:1

Hazırda çempionatda çempionluq uğrunda 2 komanda mübarizə aparır – «Qəbələ» və «Vətən». Bu tura kimi «Qəbələ» 23 oyundan 58 xal yığmışdı və 1-ci yerdə qərarlaşmışdı. «Vətən»in aktivində isə 53 xal var idi. Amma «məktəblilər» əyalət təmsilçisindən 2 oyun az keçirdiyindən qalan oyunlarda qalib gəlməklə çempionluğa qovuşa bilərdiər. Bu mənada «Keşlə» ilə oyunda qalib gəlməmək «Vətən»ə baha başa gələ bilərdi. Oxşar vəziyyət «Keşlə»də idi. Komanda 42 xalla 4-cü yerdə qərarlaşmışdı və 3-cü yerdəki «Zirə»dən 5 xal geridə qalırdı. Amma əsas rəqibdən 1 oyun az keçirmişdi. Üstəlik, bu komandaların 29-cu turda bir-birilərinə rəqib olacaqlarını da deməliyik. Xal itkisi «Keşlə»ni «bürünc»dən uzaq salacaqdı. Bu iki amil qarşılaşmanı daha prinsipial edirdi.

Oyun meydan sahiblərinin hücumları ilə başladı. Artıq, ilk 10 dəqiqəyə kimi  «Vətən» Bəhruz Tanrıveriyev və Fərrux Fərzəliyevlə 2 dəfə hesabı açmağa yaxın oldular. Lakin onlarda dəqiqlik çatışmadı. Tədricən oyunu bərabərləşdirən qonaqlar 13-cü dəqiqədə rəqib qapısı önündə ilk təhlükəli vəziyyəti yaratdılar. Əbil Əbilovun ötürməsindən sonra Vaqif Həsənov əlverişli vəziyyətdən topu qapının üstündən vurdu. Az sonra Vaqif rəqibin səhvindən istifadə edərək boş qapını nişan alsa da, zəif zərbəni müdafiəçilər qapı xəttindən çıxara bildilər. Sadalanan epizodlardan savayı tərəflər 1-ci hissədə bir neçə təhlükəli həmlə ilə yadda qalsalar da, qapılar önündə 100 faizli qol epizodu yarada bilmədilər.

Fasilədən sonra oyunun ssenarisi dəyişmədi. Hər iki tərəfin qol vurmağa can atdığı bir zamanda sevinən tərəf qonaqlar oldular. 41-ci dəqiqədə Əbil Əbilovun cinah ötürməsindən sonra topa hamıdan tez önünü yetirən Vaqif Həsənov başla «mərmi»ni Kamran Şabıyevin başı üzərindən qapıya göndərdi.

Buraxılan qoldan sonra ərazi üstünlüyünə yiyələnən İlqar Mənsimovun komandası 2 dəfə Nihat Dəryagirlə yüz faizli qol epizodunu boşa verdilər. Hər iki halda «Keşlə»nin qapıçısı Azər Fərmanov əla reaksiya ilə topun qapıdan keçməsinə yol vermədi. Əsasən əks-hücumlara bel bağlayan «Keşlə»nin də qol vurmaq imkanı var idi. bir epizodda Oyunun ən yaxşılarından olan Vaqifin təhlükəli zərbəsini Kamran dəf etdi. Digər epizodda isə Əli Tağıyevin qapı önünə etdiyi ötürmənin rəqib futbolçulara çatmasına imkan vermədi.

Gərgin və maraqlı mübarizə şəraitində keçən 70 dəqiqənin tamamında «Keşlə» 3 xala qovuşan tərəf oldu. Xəyal Mustafayevin komandası həmin gün təkcə 3 xala sevinmədi. Çünki əsas rəqib «Zirə»nin bir saat sonra Sumqayıtda vacib xallar itirəcəkdi. «Vətən» isə az sonra «Qəbələ»nin hesabını öyrənəndə bir qədər toxtaxlıq tapacaqdı…

«Sumqayıt» - «Zirə» 1:0

Qonaqların tam üstünlüyü şəraitində keçən qarşılaşmada sevinən tərəf meydan sahibləri oldular. Mehman Yunusovun komandası 7-ci dəqiqədə hesabı açdı. Rəqibi əks-hücumda yaxalayan «Sumqayıt»dan İlkin İbrahimovun ötürməsindən sonra Aqil Mehrəliyevlə fərqləndi. Matçın qalan 63 dəqiqəsində top demək olar ki, meydanın «Sumqayıt»a aid hissəsində keçdi. Qonaqlar Mahmud Ağayev, Gülağa Əsədov, Nurəli Nurəliyevlə bir neçə dəqə qol vurmaq imkanı qazansalar da, gah onlarda dəqiqlik çatışmadı, əsas də «Sumqayıt»ın müdafiə xətti başda qapıçı Pünhan Canlarov olmaqla «Zirə»nin qol vurmasına imkan vermədilər.

Gözlənilməz məğlubiyyət «Zirə»ni çətin duruma saldı. İndi Cəfər Hüseynovun komandasını «Keşlə»dən cəmi 2 xal ayırır və «Zirə» bir oyun artıq keçirib. Üstəlik, bu komandanın «Vətən»lə təxirə salınmış ağır oyunu var.

«Qəbələ» - «Neftçi» İK İB 0:0

Turun ən gözlənilməz nəticəsi Qəbələdə qeydə alındı. Lider «Qəbələ»nin «Neftçi» İK İB-dən 3 xalı asan götürəcəyi gözlənilsə də, qonaqlar «asan yem» olmadıqlarını bir daha sübut etdilər. Oyunboyu ərazi üstünlüyünə malik olan Rakif Əliyevin yetirmələri nə qədər səy göstərsələr də, fərqlənə bilmədilər.

Qeyd edək ki, Ramin Babayevin komandası son 12 turda yalnız 1 dəfə məğlub olub. 10-cu yerdə qərarlaşmasına baxmayaraq, komanda «Vətən» və «Qəbələ»nin ardınca çempionatda ən az qol buraxan 3-cü komandadır. «Neftçi» İK İB-nin hücum xətti də (komanda cəmi 8 qol vurub – red.) müdafiəçiləri kimi yaxşı olsaydı, indi bu komandanı liderlər qrupunda görə bilərdik.

«Səbail» - «Kəpəz» 3:2

Son 2 ev oyununda güclü «Neftçi» və «Qəbələ»ni uyğun olaraq 4:0 və 1:0 hesabı ilə məğlub edən Gəncə təmsilçisi cütün favoriti idi. Amma «Səbail» fədakarlıq nümayiş etdirərək «Kəpəz»i məğlub edə bildi. Bəri başdan qeyd edək ki, oyunda hesab daha böyük ola bilərdi. Lakin…

Qarşılaşma erkən qolla başladı. Belə ki, 2-ci dəqiqədə İkram Zülfüqarlının ötürməsindən sonra Arif Məmmədov hesabı açdı. 29-cu dəqiqədə qonaqlar ikiqat zərbə aldılar. Vəli Səmədovdan ara gtürməsi alan Arif qapıçını da keçib topu boş qapıya göndərdi. Lakin «Kəpəz»in müdafiəçisi Əbdüləli Qasımov topu əllə geri qaytardı. Hakim Əbdüləlini meydandan qovaqla yanaşı «Kəpəz»in qapısına penalti təyin etdi. «Ağ nöqtə»yə yaxınlaşan Arif Məmmədov özünün və komandasının ikinci qolunu vurdu. Məhz bu amil «Kəpəz»in oyununu alt-üst etdi. 10 nəfərlə mübarizə aparan qonaqlar 3-cü qolu qapılarında fasilədən sonra gördülər. 38-ci dəqiqədə İkram Zülfüqarlının yerinə yetirdiyi künc zərbəsindən sonra gəncəli Bəhram Muradov topu tərs toxunuşla öz qapısından keçirdi.

Bu qola kimi «Səbail» Rauf Ağasənov, Nicat Quliyev, Arif Məmmədovla daha bir neçə qol vura bilərdi. Gəl ki, bəxt həmin gün bəxtsiz olan «Kəpəz»in tərəfində oldu.

Buraxılan 3 qoldan sonra «ayılan» qonaqlar özlərində təpər taparaq Həsən Seyfullayevin ifasında bu toplardan ikisinin əvəzini çıxa bildilər. Amma bu qollar «Kəpəz»in məğlubiyyətdən qurtulması üçün yetərli olmadı.

«Qarabağ» - «Neftçi» 2:1

Turun daha bir prinsipial oyunu «Sərhədçi»də baş tutdu. Hər iki komanda 3 xalı hədəfləmişdi ki, bu da başadüşülən idi. Məğlub olan tərəf «bürünc»dən əlini üzəcəkdi. Yeri gəlmişkən, U-16 millimizin baş məşqçisi Azər Məmmədov «Vətən» - «Keşlə» matçı ilə yanaşı bu oyunu da izləyənlər arasında idi.

Oyun qarşılıqlı hücumlar şəraitində başladı. Hər iki tərəf rəqib qapısına doğru təhlükəli həmlələr etsə də, hesab yalnız 25-ci dəqiqədə açıldı. Rəvan Nağıyev qapıçıdan qayıdan topu meydan sahiblərinin qapısından keçirdi. Bundan cəmi 3 dəqiqə sonra «Qarabağ» status-kvonu bərpa edə bildi. Sahib Səmədlinin cinah asmasından sonra Fidayə Əzizli topu qapıya doğru vurdu. Rəqibdən qayıdan topu Qadir Abdullazadə təkrar zərbə ilə tora qovuşdurdu.

Fasilədən sonra üstünlük böyük ölçüdə «Qarabağ»ın tərəfində idi. «Neftçi» özünə bənzəmirdi. Bunun da məntiqi sonluğu kimi qonaqlar qapılarında daha bir qol gördülər. Ziyatay Niyazlının ötürməsindən sonra Mirmövsün Caniyev komandasına qələbə gətirən qola imza atdı.

Əvvəl də qeyd etdiyimiz kimi, məğlub olun tərəf medal şansını böyük ehtimalla itirəcəkdi. Şanssız tərəf «Neftçi» oldu. Zaur Seyidovun komandası indi 3-cü pillədəki «Zirə»dən 8 xal geridi. Bu fərqi isə qalan 5 oyunda «əritmək» mümkünsüz görünür.

«Viləş» - İOEUGİM  2:2

O qədər prinsipial olmasa da, Masallıdakı oyun liderlər qrupunda yer alanların qarşılaşmalarından heç nə ilə geri qalmadı. Oyunda futbol adına hər şey var idi – gərgin mübarizə, 4 qol, 3 qırmızı vərəqə və ən gözəli – son dəqiqə qolları.

Matçın favoriti meydan sahibləri idilər. Ev oyunlarında inamlı təsir bağışlayan «Viləş»in bu oyunda asan qalib gələcəyi gözlənilirdi. Lakin qonaqlar meydan sahiblərinə əməlli-başlı çətin anlar yaşada bildilər.

«Viləş»in üstünlüyü şəraitində başlayan oyunda artıq, 3-cü dəqiqədə İOEUGİM-nin qapısı qarşısında 2 təhlükəli epizod yarandı. Əvvəl Tosif İbişov, ardına isə Sehran Abbasov qol imkanını boşa verdilər. 10-cu dəqiqədə «Viləş» nəhayət ki, istəyinə çatdı. Samir Əliyevə qarşı cərimə meydançasında edilən kobudluğa görə hakim penalti təyin etdi. Topa yaxınlaşan Bəhmən İbadovsa hesabı açdı. İlk hissənin qalan vaxtı ərzində də oyun təhlükəli epizodlar baxımından bol oldu. Lakin qapıların torları silkələnmədi.

Fasilədən sonra 8-ci dəqiqədə Baba Əsgərovun komandası hesabı bərabərləşdirdi. Tural Aqverdiyevin künc zərbəsindən qapı önünə göndərdiyi topu oyuna sonradan qoşulan Sabir Quliyev başla qapıdan keçirdi. Bundan sonra oyun bir qədər də kobud xarakter almağa başladı. Bunun nəticəsidir ki, 62-ci dəqiqədə hakim birdən-birə meydandan 3 futbolçunu qovdu. Əvvəlcə 1-ci hissədə penaltiyə səbəb olan və sarı vərəqə ilə cəzalanan Nihat Ələsgərli kobud oyuna görə ikinci «sarı» ilə meydandan uzaqlaşdırıldı. Bundan həmən sonra futbolçular arasında arzuolunmaz vəziiyət yaşandı. «Viləş»dən Ramiz Qasımov, İOEUGİM-dən isə Rəvan Gülüşov mübahisə etdiklərinə görə hakimin qəzəbinə tuş gəldilər.

Meydanda 9 futbolçu ilə qalan İOEUGİM hesabı qorumağa çalışsa da, matçın əsas vaxtının sonuncu dəqiqəsində qapısında qol gördü. Rüfət Tahirov «Viləş»i hesabda yenidən önü keçirdi. Matçın bu hesabla başa çatacağı gözlənilən bir anda Cəmil İbrahimov hakimin oyunun əsas vaxtına əlavə etdiyi 2 dəqiqənin birincisində komandasını məğlubiyyətdən xilas edə bildi – 2:2.

«Turan» - İsgəndər Cavadov BFA 3:1

«Turan» axır ki, qalib gələ bildi. Qərb təmsilçisi sonuncu dəfə 10-cu turda qələbəyə sevinmişdi. Maraqlıdır ki, həmin vaxt da rəqib İsgəndər Cavadov BFA olmuşdu. Birinci dövrənin oyununda «Turan» rəqibi 1:0 hesabı ilə məğlub etmişdi. Bu dəfə isə hesab fərqli oldu.

Oyun haqqında ətraflı məlumat toplaya bilməsək də, qolların müəlliflərini öyrənə bildik. Matçda hesabı 12-ci dəqiqədə «Turan» açıb. Taleh Cahangirov fərqlənib. Bundan bir neçə saniyə sonra Sənan Aslanov ikinci topu qonaqların qapısından keçirib. 29-cu dəqiqədə qonaqlar Əmrah İbadovun sayəsində buraxılan qollardan birinin əvəzini çıxsa da, bundan artığına nail ola bilməyiblər. Matçın başa çatmasına 3 dəqiqə qalmış Elmar Hüseynov yekun nəticəni müəyyənləşdirən qola imza atıb.

U-15 Liqasında 26-cı turun oyunları aprelin 21-22-də keçiriləcək: «Neftçi» - «Qəbələ», «Neftçi» İK İB – «Səbail», «Kəpəz» - «Viləş», İOEUGİM – «Vətən», «Keşlə» - «Turan», İsgəndər Cavadov BFA – «Sumqayıt», «Zirə» - «Zaqatala». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 26 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 25 qol.

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

U-15 Liqası: «Keşlə» üçün düşərli tur

«Het-trik news» qəzetinin layihəsi

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin