Rəşadla iqnasio hamıdan öndə

14:08 16 Aprel 2018

Azərbaycan Premyer Liqasının 23-cü turunun “Zirə” - “Neftçi” matçı qonaqların iki futbolçusu - Rəşad Sadiqov və İqnasio Errera üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, zirəlilərin qapısına hərəyə bir dəfə yol tapan futbolçular “Neftçi”nin heyətində Azərbaycan çempionatlarında 11-ci qollarını vurublar. Bu göstəriciyə görə onlar hazırda “ağ-qaralar”ın şərəfini qoruyan futbolçular arasında hamıdan öndədilər. 

 

Cəza səbəbindən “Zirə” ilə oyunu buraxan Ruslan Abışov və həmin matçda fərqlənən Rəhman Hacıyev isə “Neftçi” formasında Premyer Liqada 10 qola seviniblər.


Digər xəbərlər

Xəbər xətti