"Qarabağ"ı məğlub edən tapılmır

14:39 16 Aprel 2018

“Qarabağ”ın Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb. 

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu 23-cü turun “Kəpəz”lə səfər matçındakı 1:0 hesablı qələbə ilə seriyanın ikinci “onluğ”unu yarılayıb. Cari mövsümdə yalnız bir məğlubiyyəti olan Qurban Qurbanovun yetirmələri 9-cu turun 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə səfər matçından (0:1) sonra məğlubiyyət acısı yaşamır. “Qarabağ” bu 15 qarşılaşmada 11 qələbə qazanıb, 4 heç-heçə edib ki, bu da komandanın hesabına 37 xal gətirib.

 

Qeyd edək ki, ardıcıl 15 oyunda uduzmayan “Qarabağ” özünün Azərbaycan çempionatlarındakı nəticəsini - 2015/16 mövsümündəki göstəricini təkrarlayıb.


Xəbər xətti