"Neftçi" həsrəti bitirdi

Sportarena.az      16 Aprel 2018, 14:57

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ikinci yarısında ilk böyükhesablı nəticə qeydə alınıb. 

 

Sportarena.az xəbər verir ki, buna səfərdə “Zirə”nin qapısından 3 cavabsız qol keçirən “Neftçi” imza atıb. Çempionatda komandalardan birinin 3 və ya daha çox top fərqilə qalib gəlməsinə bunadək sonuncu dəfə 14-cü turda təsadüf olunub. Həmin vaxt “Sumqayıt” “Kəpəz”i, “Qəbələ” “Keşlə”ni 3 cavabsız qolla məğlub edib. 8 turluq fasilədən sonra 2018-ci ilin ilk böyük hesabına səfərdə imza atan “Neftçi” mövsümdə 2-ci dəfə belə qələbə əldə edib. Sonuncu böyükhesablı nəticənin qeydə alındığı “Qəbələ” matçından 133 gün sonra Premyer Liqada belə fərq müşahidə olunub. Arxada qalan 23 turda “Neftçi”, “Zirə” və “Qəbələ” daha çox - hərəyə 2, “Sumqayıt”la “Qarabağ” hərəyə 1 böyükhesablı qələbə qazanıb. 8 belə nəticədən dördündə “Kəpəz” uduzubsa, “Keşlə”, “Səbail”, “Zirə” və “Sumqayıt”ın bir uğursuzluğu var.

 

“Neftçi” həm də Azərbaycan çempionatlarında ilk dəfə “Zirə”yə qalib gəlib. Bunadək Premyer Liqada keçirilən 11 matçdan üçündə heç-heçə qeydə alınıb, səkkizində qəsəbə təmsilçisi qələbə qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin