Araz Abdullayev diskotekada yaxalandı - VİDEO

Sportarena.az      16 Aprel 2018, 18:46

Kiprin "Anortosis" klubunda çıxış edən milli komandamızın üzvü Araz Abdullayev gecə klubunda görünüb.

 

Sportarena.az xəbər verir ki, Abdullayev ölkə çempionatının 32-ci turunda AEK-lə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra əylənməyə gedib. O, komanda yoldaşları - Daniyel Pranyiç, Ruben Rayo və Qordon Şildenfeldlə birgə olub. Şildenfeld şəxsi "İnstaqram" hesabından diskotekadan video paylaşıb.

 

Azarkeşlər futbolçuların heç-heçə etdiyi görüşdən sonra əylənməsinə kəskin şəkildə etiraz ediblər.


Qeyd edək ki, Araz müqavilə ilə "Qəbələ"yə məxsusdur.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin