"Qəbələ" uduzdu

21:02 16 Aprel 2018

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 23-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Qarabağ” səfərdə “Kəpəz”lə qarşılaşıb. Yevlax şəhər stadionunda baş tutan görüşdə qapılara qol vurulmayıb.

 

Bu gün keçirilən 3 oyunla tura yekun vurulub.  "Zirə" "Neftçi"ni minimal hesabla məğlub edib. Lider "Qəbələ" doğma meydanda "Səbail"ə 0:2 hesabıyla uduzub. "Sumqayıt" isə evdə "Keşlə"ni üstələyib - 2:1. 

 

Əvəzedicilərin çempionatı, 23-cü tur
15 aprel

Kəpəz - Qarabağ 0:0

 

16 aprel

Zirə - Neftçi 1:0
Qol: Elçin Əsədov, 34-avtoqol.

 

Sumqayıt - Keşlə 2:1
Qol: Camal Camalov, 19; Turan Manafov, 61 - Təbriz Xubanov, 71.

 

Qəbələ - Səbail 0:2
Qol: Aqşin Qurbanlı, 61. Pərviz Qaraxanov, 73.


Xəbər xətti