Amit qələbəyə sevindi

21:35 16 Aprel 2018

Kosovo çempionatında 27-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Drita" doğma meydanda "Vlajniyu" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Amit ikinci hissədə meydana daxil olub.

 

Qeyd edək ki, "Drita” 53 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.


Xəbər xətti