Futbol tarixində ilk - Hələ belə penalti qərarı verən olmamışdı - VİDEO

11:04 17 Aprel 2018

Almaniya Bundesliqasında 30-cu tur başa çatıb.

 

Sportarema.az xəbər verir ki, hesabat turunun son matçında "Maynts" "Frayburq"u qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

 

Oyunun birinci yarısının sonunda maraqlı anlar yaşanıb. İlk hissə başa çatmasından sonra komandalar paltardəyişmə otağına gedən zaman baş hakim Quido Uinkmann VAR-a baxaraq qonaqların qapısına penalti təyin edib. Bu səbəbdən "Frayburq" komandası "Manyts"lı futbolçuların meydana dönməsini gözləyiblər. Komandalar tam şəkildə meydana döndükdən sonra penalti yerinə yetirilib və hesab açılıb. Görüşün ikinci hissəsində daha bir qol vuran ev sahibləri 2:0 hesablı qələbə qazanıblar.

 

Matça meydan sahiblərinin azarkeşləri də damğa vurmağı bacarıblar. Bazar ertəsinə salınan görüşə etiraz edən fanatlar, meydana tualet kağızları atıblar. Bunun üçün də oyun bir müddət dayanıb.


Digər xəbərlər

Xəbər xətti