Yunanıstan millimizlə oynamaqdan imtina etdi

12:17 17 Aprel 2018

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayda keçiriləcək yoldaşlıq oyunları ilə bağlı bir dəyişiklik edilib.

 

Sportarena.az xəbər verir ki, mayın 16-da Bakıda Yunanıstan yığmasına qarşı keçirilməsi nəzərdə tutulan oyun rəqibin imtinası səbəbindən baş tutmayacaq. Yığmamız həmin gün Gürcüstanın U-20 komandası ilə qarşılaşacaq.

 

Mayın 24 və 27-də isə U-20 komandamız əvvəlcədən açıqlandığı kimi, Bakıda Makedoniyanın U-21 yığması ilə yoxlama oyunu keçirəcək.


Digər xəbərlər

Xəbər xətti