Futbolçu baş məşqçisini döymək istədi - VİDEO

12:55 17 Aprel 2018

Boliviyanın “Nacional Potosi” klubunun futbolçusu Tyaqo Dos Santos ölkə çempionatının 12-ci turunda “Sport Boys”a 0:4 hesabı ilə uduzduqları görüşün 34-cü dəqiqəsində əvəzlənməsinə kobud formada reaksiya verib.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi meydandan çıxandan dərhal sonra baş məqşinin üzərinə gedib və onu itələyərək təhqir edib. Olaya ehtiyat oyunçular skamiyasındakı futbolçular və hakimlər müdaxilə ediblər. Sonda referi braziliyalıya qırmızı vərəqə göstərib.

 

“Nacional Potosi” səfər matçında 4 qolu fasilədən sonra buraxıb.


Digər xəbərlər

Xəbər xətti