Klublar AFFA-da maliyyə hesabatı verdilər

14:11 17 Aprel 2018

Bu gün AFFA-nın Futbol Akademiyasının inzibati binasında Lisenziyalaşdırma Qrupu tərəfindən Topaz Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın maliyyə fair-play IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar keçirilib. 

 

Sportarena.az xəbər verir ki, seminarda UEFA-nın maliyyə fair-play qaydaları müzakirə olunub və klub nümayəndələri 2017-ci maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.


Digər xəbərlər

Xəbər xətti