Həmkarından Ayxan Abbasova dəstək: "Yıxılanı baltalamaq "sevgimizdən" əl çəkək!”

15:19 17 Aprel 2018

Azərbaycan millisinin keçmiş futbolçusu, hazırda “Səbail”in U-17 komandasını çalışdıran Füzuli Məmmədov son vaxtlar uğursuz nəticələrə görə tənqid olunan, azarkeşlər tərəfindən istefaya səslənən “Zirə”nin baş məşqçisi Ayxan Abbasovu müdafiə edib. 

 

Sportarena.az xəbər verir ki, Məmmədov “facebook” profilində hamını Abbasova dəstək olmağa çağırıb:

 

“Son günlər "Zirə" komandasının baş məşqçisi Ayxan Abbasova qarşı səslənən fikirləri təəssüflə oxuyuram. Yerə vurduğunuz Ayxan Abbasov "Zirə"ni Avroliqaya çıxarıb, bu gün onu istefaya səsləyən azarkeşlərə bəlkə də komandaları ilə birgə yaşayacağı ən böyük sevinci bəxş etdi. Bu gün istefaya səslədiyiniz Ayxan Abbasov qurduğu komanda ilə Avroliqada layiqli oyunlar göstərdi. Bu gün haqsızlıq etdiyiniz Ayxan Abbasov "Zirə" ilə qış fasiləsinə qədər bütün rəqiblərə başağrısı olub. Hal-hazırda da Ayxan Abbasovun komandası çempionatın iddialıları arasındadı. Özümüzə, öz dəyərlərimizə hörmətlə yanaşaq, onları qoruyub, dəstək olaq. Yıxılanı baltalamaq "sevgimizdən" əl çəkək!”


Digər xəbərlər

Xəbər xətti