Çin klubu İniestanı da istəyir, şərablarını da

15:53 17 Aprel 2018

"Barselona"nın yarımmüdafiəçisi İniestanın Çin klubuna keçəcəyi barədə xəbərlər uzun müddətdir gündəmdədir.

 

Sportarena.az xəbər verir ki, heyətində Pato, Modesta kimi futbolçuların yer aldığı "Tianjin Quanjian" klubu İniestanın həm özünü, həm də istehsalçısı olduğu şərabları almaq üçün yaxşı təkliflə çıxış edib.

 

"Marca" nəşri karyerasının sonlarını yaşayan futbolçunun təklifi qəbul etdiyi bildirilir. Futbolçu yeni klubunda illik 35 milyon avro qazanacaq. Bununla yanaşı, Çin klubu "İniesta" markalı çaxırdan 2 milyon şüşə satın alacaq.


Digər xəbərlər

Xəbər xətti