Hakimi döydü, 2 illik cəzalandırıldı

Sportarena.az      17 Aprel 2018, 16:14

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında futzal üzrə Azərbaycan birinciliyinin 2-ci dəstəsinin “Qarabağ” – “Yasamal-2” matçında baş verənlərlə bağlı qərarlar açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, matçın 27-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Yasamal-2”nin futbolçusu Ceyhun Nağıyev 1 oyunluq cəzalanıb.

 

Onun komanda yoldaşı Rəhman Ələkbərli hakimin qərarına kəskin etiraz bildirdiyinə, hakimi təhqir etdiyinə və hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə daha ağır cəza alıb. Hakimi döyən futzalçı 2 il yarışlardan kənarlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin