"Kəpəz" məşqlərə başladı

17:32 17 Aprel 2018

Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə “Səbail”lə qarşılaşacaq “Kəpəz” bu oyun üçün məşqlərə start verib.

 

Sportarena.az xəbər verir ki, komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. “Sarı-göylər”in oyun öncəsi son məşqi görüşün keçiriləcəyi “Bayıl Arena”da olacaq.

 

Qeyd edək ki, "Səbail" - "Kəpəz" qarşılaşması 22 aprel tarixində baş tutacaq.

 


Xəbər xətti