"Araz" xal itirdi

23:04 17 Aprel 2018

Bu gün futzal üzrə Yüksək Liqada 25-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, çempionluğu təmin etmiş "Araz" "İtaldizain Futsal"la bərabərə qalıb. Bu, Naxçıvan təmsilçisinin 2018-ci ildə ilk xal itkisidi. Autsayder "Xəmsə" "Neftçi"yə böyük hesabla uduzub - 3:13. "Marafon Futsal" isə "Yasamal"a şans verməyib - 7:1.  

 

Futzal üzrə Yüksək Liqa, 25-ci tur

17 aprel

Xəmsə - Neftçi İK (0:5) 3:13
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Aslan Həsənov
Qol: C. Yusifov, 27:02, 34:30, S. Əmirov, 37:06 // R. Balakişiyev, 0:53, 29:53, T. Qurbanov, 8:28, 17:13, 28:50, Ə. Əjdərov, 11:05, V. Xocayev, 17:40, T. İsmayılov, 25:50, 27:30, 33:19, 34:07, O. Baxşəli, 31:39, V. İsayev, 35:13

 

Yasamal FK - Marafon Futsal (1:4) 1:7 
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Anar Fərəcov 
Hakim-inspektor: Murad Məmmədov
Qol: S. Cavid, 0:42 // E. Barati, 1:04, S. Məmmədov, 6:31, 20:28, M. Morovati, 11:04, 19:17, 35:49 (6 m), O. Talebi, 35:01
Sarı vərəqə: M. Şahsuvari, 12:43, M. Cahandost, 19:30, R. Akbari, 36:14 // H. Khodaei, 11:14, İ. Hacıyev, 11:14
Qırmızı vərəqə: M. Cahandost, 35:49

 

Araz - İtaldizain Futsal (1:0) 2:2 
Hakimlər: Yusif Nurullayev, Azad Hüseynov, Kənan Məlikov 
Hakim-inspektor: Şahin Cəfərov 
Qol: E. Borges, 1:31, X. Bağırov, 22:53 // E. Quliyev, 21:28, A. Əzimov, 21:54
Sarı vərəqələr: R. Hüseynli, 39:32 // F. Əliyev, 39:32


Digər xəbərlər

Xəbər xətti