Mövsümdə ikinci, 2018-ci ildə ilk dəfə

23:58 17 Aprel 2018

Bu gün futzal üzrə Yüksək Liqada 25-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turla bağlı maraqlı məqamlardan biri çempionluğu təmin etmiş “Araz”ın 2018-ci ildə ilk, cari mövsümdə isə ikinci dəfə meydanı qələbəsiz tərk etməsidi. Belə ki, “İtaldizain Futsal”la oyunda hesabı lider açsa da, sonradan məğlub duruma düşüb. Alesionun yetirmələrinin gücü ancaq bərabərlik qolunu vurmağa yetib - 2:2.

 

“Araz” cari çempionatda ilk xal itkisi ilə 1-ci dövrədə üzləşib. Ötən il noyabrın 8-də Bakı idman Sarayında 6-cı tur çərçivəsində “Neftçi” ilə keçirilmiş oyunda da 2:2 hesabı qeydə alınıb. Sonrakı 15 oyunun hamısında qalib gələn Alesionun yetirmələrinin uğurlu seriyası 16-da dayandı.


Digər xəbərlər

Xəbər xətti