"Qarabağ"dan böyükhesablı qələbə - VİDEO

Sportarena.az      18 Aprel 2018, 13:10

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 19-cu turdan təxirə salınmış oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Sankt Pölten” klubunun gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.

 

Emillə Dmitri bu görüşün iştirakçısı olmayıb. Elvin isə start heyətdə meydana və sonadək oynayıb.

 

Oyundan sonra “Qarabağ”ın futbolçuları avtobusda qələbəni qeyd ediblər. Klubun əcnəbi futbolçuları “Qarabağ” şüari səsləndirməklə mahnı oxuyublar.

 

Qeyd edək ki, “Qarabağ” hazırda 38 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin