“Neftçi” üçün arzulanan rəqib

Sportarena.az      18 Aprel 2018, 17:05

"Neftçi” bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, bu komandalar indiyədək 4 kubok görüşündə üz-üzə gəlib. İlk üç qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. Həm 2013/2014 mövsümündəki final matçında, həm də 2015/2016 mövsümündəki yarımfinalda qalib penaltilər seriyasından sonra müəyyənləşib. Hər iki seriyada "Neftçi” qələbə qazanıb. 2013/2014 mövsümündə kuboku başı üzərinə qaldıran “ağ-qaralar” 2015/2016-da finala yüksəlməyi bacarıb.

 

Sonuncu görüş isə aprelin 12-də yarımfinal mərhələsinin ilk oyun çərçivəsində Qəbələ şəhər stadionunda olub. Həmin qarşılaşmada “Neftçi” 2:1 hesabı ilə qələbə qazanıb.

 

Xatırladaq ki, “Neftçi” - “Qəbələ” matçı bu gün 8-ci km stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin