Roman Qriqorçuk: "Başımıza gözəl hadisə gəldi"

Sportarena.az      18 Aprel 2018, 22:43

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” (1:3) görüşündən sonra keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırdı.

Sportarena.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Yaxşı mübarizə apardıq. Başımıza gözəl hadisə gəldi. Əla nəticə əldə etdik. Bu, elə bir anda baş verdi ki, bizim buna ehtiyacımız var idi. Nəticəyə görə çox şadıq.

- Azərbaycanda bu qədər sevindiyinizi xatırlamaq çətindi. Sizin yadınıza gəlirmi belə hal?
- Biz hələ titul qazanmamışıq. Məni sevindirən əsas məqam komandanın məhz belə bir vəziyyətdə qalib gəlməsidi. Titula daha da yaxınlaşdıq. Buna görə də sevincim çoxdu. Başımıza çox inanılmaz hadisələr gəlir. Hansı ki, biz bunu 1 oyunda yaşayırıq, digərləri isə 20 oyunda.

- Voislav Stankoviçin erkən əvəzlənməsi zədə ilə bağlı idi?
- Bu dəyişiklik gözlənilməz deyildi. Başımıza elə şeylər gəlir ki, onun əvəzlənməsi kiçik göründü. Əvvəllər bundan artığı da olub, eyni oyunda birdən artıq oyunçumuz zədələnib. Belə hadisələrlə yanaşı uğur əldə edə biliriksə, buna çox  sevinməliyik. Cavidin elə çətin məqamda penaltini dəqiq yerinə yetirməsi göstərdi ki, biz birlikdə daha güclüyük.

- “Keşlə”nin baş məşqçisi Yuri Maksimov finalda məhz sizinlə qarşılaşmaq istədiyini demişdi. Bunu aranızdakı prinsipiallıqla əlaqələndirmək olarmı?
- Onun belə deməsinə təəccübləndim. Əvvəllər rəqib olmuşuq və bunda oyun prinsipiallığı olub. Şəxsi hər hansı aqressiyamız olmayıb. Ancaq təbii ki, biz finalda prinsipial qələbə qazanmaq istəyirik.

- Son oyunlarda komanda niyə belə motivasiya ilə oynamırdı?
- Buna mane olan bir neçə səbəb oldu. Komandada çoxlu zədələr qeydə alındı. Futbolda sistemli şəkildə uğurlu çıxış etmək üçün psixoloji, hərəkət, texnika və taktika cəhətdən hazır olmaq lazımdı. “Neftçi” ilə ilk oyundan əvvəl 3 əsas futbolçumuz meydanda yox idi. Belə şeylər baş verdiyinə görə bu vəziyyət yaranıb. Bəzən komandanın həvəssiz oynadığı da olub. Mən burda titul əldə etmək üçün çox şeyi qurman vermişəm.

- Finaldakı rəqibin əsas rəqabət apardığınız “Qarabağ” yox, “Keşlə” olması sizə necə təsir edir?
- “Qarabağ”la, ümumiyyətlə oynamaq istəmirəm. Hətta yaxşı olardı ki, çempionatdakı son oyunumuz ləğv edilsin (gülür). Finalda onlarla oynamamğımız daha yaxşıdı. “Qarabağ” bütün komandalardan üstündü. Biz onlardan çox uzaqdayıq. Sevinirik ki, finalda “Qarabağ” yox, başqa rəqiblə oynayacağıq.

- Bu gün demək olar ki, bütün bacarığınızı ortaya qoyduz. Final üçün yeni bir şey saxlamısızmı? Bir də Yuri Maksimovu tanıyırsız. Onunla əvvəlki baş məşqçilərin “KeşlƏ”sini necə müqayisə edərdiz?
- Müəyyən Şeyləri bilirəm. “Keşlə”nin 3 müdafiəçi ilə oynadığını görmüşük. Maksimovun komandası mübarizə aparmaq gücündədi. Onalr finalda “döyüşəcəklər”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin