Ozobiç Errera ilə arasındakı gərginlikdən danışdı: "Futbolda belə gərginliklər olur"

Sportarena.az      19 Aprel 2018, 13:09

"Qəbələ"nin legioneri Filip Ozobiç Azərbaycan kubokunun yarımfinal mərhələsində "Neftçi"yə 3:1 hesabıyla qalib gəldikləri cavab  oyunundan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, xorvat yarımmüdafiəçi öncə rəqib futbolçu İqnaiso Herrerayla insidentinə aydınlıq gətirib.

 

- Oyundan sonra paltardəyişmə otağına gedərkən "Neftçi"nin çilili yarımmüdafiəçisi İqnasio Errera ilə aranda insident oldu. Nə baş verdi?

- Elə ciddi şey olmadı.

 

- Məgər sən ispanca bilirsən?

- (gülür) Yox, bilmirəm.

 

- Onda İqnasioya necə cavab verdin?

- Xorvatca. Bilirəm ki, futbolda belə gərginliklər olur. Əlbəttə, heç kim uduzmaq istəməz. Məğlub olanda əsəbiləşirsən. Bu, normaldı, nə deyə bilərsən?

 

- Ümumiyyətlə, insident necə baş verdi?

- Yəqin, onlar düşünürdülər ki, simulyasiya edirdim. Ancaq belə deyildi, ayağımdan zərbə almışdım.

 

- Sizi finala çıxaran oyunu necə dəyərləndirərdiniz? Qəbələdəki məğlubiyyətdən sonra çoxları düşünürdü ki, kubokda mübarizəni dayandıracaqsınız...

- İndi komandamız üçün çətin vaxtdı. Ancaq xarakter göstərdik və finala çıxmağı bacardıq. Fikrimcə, "Neftçi"ylə cavab yarımfinal matçında daha yaxşı idik.

 

- Hesabı rəqib açandan sonra inamınız var idimi ki, geridönüş edə bilərsiniz?

- Bilirdik ki, qol buraxdıq-buraxmadıq, istənilən halda, 2 qol vurmalı idik. Finala çıxmaq istəyirdiksə, bunu reallaşdırmalı idik. 

 

- Final Qəbələdə keçiriləcək, rəqib də "Keşlə"di...

- Sevinirik ki, finalı Qəbələdə oynayacağıq. Əlbəttə, kuboku qazanmaq istəyirik. Ancaq bunadək çempionatda oyunlarımız var.  

 

- "Qəbələ"ylə müqavilən cari mövsümün sonunda bitir. Maraqlıdı, qalacaqsan, yoxsa?

- İndi bu haqda bir şey deyə bilərəm. 

 

- Digər klublardan təkliflər var?

- Sadəcə, indi heç nə deyə bilmərəm.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin