Ramin Musayev: "Kubokun finalını neytral yer kimi Gəncədə keçirmək fikrimiz var idi"

Sportarena.az      19 Aprel 2018, 14:22

"Kim güclüdürsə, o da qalib gəldi. Bizim nə gözlədiyimizdən asılı olmayaraq, fakt odur ki, "Qəbələ" və "Keşlə" finaldadır. Deməli, bu komandalar finalaya layiq idi".

 

Sportarena.az xəbər verir ki. bu sözləri Qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarını dəyərləndirərkən deyib. Ötən gün "Neftçi" üzərində qələbə qazanaraq (3:1) finala adlayan "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərə açıqlamasında finalın Qəbələdə - onların meydanında olmasını istəmədiyini və buna görə PFL-ə müraciət edəcəklərini bildirib. Bu fikirlərə münasibət bildirən PFL rəhbəri isə final oyununun yerini dəyişdirməyin mənasız olduğunu qeyd edib:

 

"Onlar finala çıxdıqları üçün belə bir fikrə gəliblər. Ancaq "Qəbələ" hələ finala vəsiqə qazanmamışdan əvvəl bildirmişdik ki, final Qəbələdə olacaq. Bakıda da keçirsək, onda "Keşlə"nin meydanı sayılacaq. Fərqi nədir ki? "Qəbələ" bizə müraciət etməyib, heç buna ehtiyac da yoxdur. Final Qəbələdə olacaq.  Əslində, kubokun final oyununu neytral yer kimi Gəncədə keçirmək fikrimiz var idi. Ancaq Gəncə şəhər stadionunun işıqlandırma sistemi ilə bağlı problem olduğuna görə bu plan baş tutmadı".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin