"Sumqayıt" - "Qarabağ" görüşünün vaxtı dəyişdirildi

00:37 20 Aprel 2018

“Sumqayıt” Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

 

Sportarena.az xəbər verir ki, sözügedən klub Topaz Premyer Liqasının 24-cü turunun “Sumqayıt” – “Qarabağ” görüşünün nəzərdə tutulandan 1 gün sonra – 22 aprel tarixdə keçirilməsini xahiş edib. “Sumqayıt”ın müraciətini və “Qarabağ”ın razılıq məktubunu alan PFL aşağıdakı qərarı qəbul edir.

 

Topaz Premyer Liqasının 24-cü turunun “Sumqayıt” – “Qarabağ” oyunu 22 aprel tarixdə keçirilsin. Oyunun başlanma vaxtı saat 19:00 təyin edilsin.


Digər xəbərlər

Xəbər xətti