U-16 Liqası: "Neftçi"dən ardıcıl 4-cü məğlubiyyət

13:31 20 Aprel 2018

Dünən U-16 Liqasında 28-ci turun oyunları keçirildi. Lider «Qəbələ» Gəncədə «Kəpəz» üzərində çətin qələbə qazandı. Bu qələbə qəbələlilərin çempionluqlarını elan etməsi üçün yetərli idi. Əgər «Vətən»lə «Zirə» xal itirsəydi. Amma bu, baş vermədi. Medallar uğrunda mübarizə aparan komandalardan hamısı meydanı 3 xalla tərk etdi. Yalnız «Neftçi»dən başqa. «Sumqayıt»a məğlubiyyət bakılıların ardıcıl 4-cü yenilgiləri oldu.

 

28-ci tur

19 aprel (cümə axşamı)

«Neftçi» - «Sumqayıt» 0:2

«Keşlə» - «Neftçi» İK İB 1:0

«Vətən» - «Səbail» 5:0

«Kəpəz» - «Qəbələ» 0:1

«Qarabağ» - «Zirə» 0:2

Bombardir: Emil Quluzadə («Vətən») – 21 qol.

 

U-16 Liqasınja 29-cu turun oyunları aprelin 26-da keçiriləcək: «Sumqayıt» - «Keşlə», «Səbail» - «Neftçi», «Zirə» - «Vətən», «Qəbələ» - «Qarabağ», «Turan» - «Kəpəz». Oyunların başlama vaxtı və keçiriləcəyi yer barədə əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzetinin layihəsi


Digər xəbərlər

Xəbər xətti