Arsen Venger "Arsenal"dan ayrılacağını AÇIQLADI

14:15 20 Aprel 2018

Arsen Venger mövsümün sonunda “Arsenal”dan ayrılacaq. 

 

Sportarena.az xəbər verir ki, bu barədə fransız mütəxəssis klubun saytına açıqlamasında məlumat verib. O, rəhbərliklə görüşdüyünü və mövsümün sonunda klubla yollarının ayrılması ilə bağlı ortaq razılığa gəldiklərini deyib. Venger həmçinin, uzun illər “Arsenal”ın baş məşqçisi olmaqdan qürur duyduğunu da vurğulayıb.

 

Qeyd edək ki, 68 yaşlı mütəxəssis 1996-cı ildə “topçular”ın “sükanı arxasına” keçib. Venger “Arsenal”ı çalışdırdığı 22 il ərzində 3 dəfə Premyer Liqanı, 7 dəfə FA kubokunu, 7 dəfə isə ölkə superkubokunu qazanıb.


Xəbər xətti