Şəmkirdə növbəti heç-heçələr

21:31 20 Aprel 2018

 

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess 2018 superturnirində bu gün 2-ci turun görüşləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu turda da bütün qarşılaşmalar heçə-heçə yekunlaşıb. Şəhriyar Məmmədyarov qara fiqurlarla polşalı Radoslav Voytaşeklə “sülh”ə razılaşıb. Azərbaycanın bu turnirdəki digər 2 təmsilçisi - Teymur Rəcəbovla Rauf Məmmədov isə bir-biri ilə qarşılaşıb. Günün digər görüşlərində olduğu kimi, onlar da heç-heçə ilə kifayətlənməli olublar.

 

Xatırladaq ki, ilk turda da bütün qarşılaşmalar heç-heçə yekunlaşmışdı. Hazırda 10 iştirakçının hamısının aktivində 1 xal var.

 

Shamkir Chess 2018, 2-ci tur
20 aprel

Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - David Navara (Çexiya) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5 
Veselin Topalov (Bolqarıstan) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
Radoslav Voytaşek (Polşa) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5


Xəbər xətti