Millimizin üzvü qələbəyə sevindi

Sportarena.az      21 Aprel 2018, 11:13

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 37-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Qou Eher İqls” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Kökçü də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə, komandası 0:1 hesabıyla məğlub durumda olarkən meydana çıxıb. Matçın sonlarında Ozan hesabı 3:1 etməyə çox yaxın olsa da, əla qol şansından yararlana bilməyib.

 

“Valveyk” hazırda 36 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin